Slimfit
  1. TEXNOLOGİYA

Microsoft DNT əsasında hazırlanmış “sərt disk”i göstərdi

Microsoft DNT əsasında hazırlanmış “sərt disk”i göstərdi
Sakura

Microsoft DNT əsasında hazırlanmış “sərt disk”i göstərdi

Microsoft mütəxəssisləri Vaşinqton Universitetinin tədqiqatçıları ilə əməkdaşlıq çərçivəsində rəqəmsal informasiyanı DNT-ə və əksinə çevrilməsi prosesini müvəffəqiyyətlə tamamladılar. Alimlər bu metodikanı ilk dəfə deyil tətbiq edirlər, amma əvvəlki sınaqlardan fərqli olaraq texnoloji korporasiya prosesi tam avtomatlaşdırmağa müvəffəq olmuşdur. Gələcəkdə bu adi daşıyıcılar və məlumat emalı mərkəzlərinin ölçüsünü əhəmiyyətli dərəcədə azaldacaq.

Microsoft cihazının prototipi ilk başlanğıcda HELLO sözünü qeyri-adi formata çevirdi. Cihaz bitləri (1 və 0) DNT (A, C, T, G) ardıcıllığı ilə kodlaşdırdı, molekulun özünü sintez etdi və onu maye formasında saxladı.  Sonra saxlanılan DNT xüsusi reaktivlərlə emaldan sonra əksinə bitlərə çevrilmişdir. 5 bayt üçün cihaz 21 saat sərf etdi, amma tədqiqatçılar bəyan ediblər ki, artıq bu vaxtı 10-12 saata qədər azaltmağın üsulunu artıq tapıblar.

Nukleotid formasında HELLO sözünün “maye” versiyası cəmi 4mkq və təxminən 1mq sintezləşdirilmiş DNT götürdü. Mütəxəssislərin hesablamalarına görə belə metod böyük məlumat emalı mərkəzində saxlanan bütün informasiyanı bir neçə oyun kubundan bir az böyük ölçüdə saxlamağa imkan verəcək. Belə “disk”lərin yüksək etibarlılığı da qeyd olunur: Microsoft bildirir ki, bəzi DNT nümunələri on minlərlə il ərzində mamontların qabığında saxlanılır.

 

Mənbə: 4pda.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR