Slimfit
  1. TƏBİƏT

Miçiqan gölü

Miçiqan gölü
Sakura

Miçiqan gölü

Miçiqan gölü (ing. Lake Michigan) — ABŞ ərazisidə yerləşən Böyük göllər qrupuna daxil olan tək göldür. Yuxarı göldən cənubda yerləşir. Huron gölü və Makinak boğazı ilə birləşir. Huron və Miçiqan gölləri eyni hidroloji sistemə malik olsalar da, ayrı göllər hesab edilir.

Coğrafiyası

Miçiqan gölünün sahəsi — 57 750 km² (Böyük göllər qrupuna daxil göllərin sahəsinin ⅓ təşkil edir), uzunluğu 500 km, eni 190 km təşkil edir. Dəniz səviyəsindən hündürlüyü 177 m, ən dərin yeri 281 metrdir. İlin dörd ayı buzla örtülü olur. Adaları -Biver, Şimali Manitu, Cənubi Manitu.

Gölün birbaşa Miçiqan, İndiana, İllinoys və Viskonsin ştatlarına çıxışı vardır. Sahillərində Çikaqo, Evanstonvə Hayland-Park (İllinoys), Qrin-Bey (Viskonsin), Qeri və Hemmond (İndiana) yerləşir.

 

Etimaloqiyası və tarixi

Miçiqan gölü adını Miçiqan ştatından deyil tam tərsi ştat adını bu göldən alır. Göl öz adını mishigamisözündən götürmüşdür, Ociba dilində «böyük su» mənasını kəsb edir. Gölü ilk görən avropalı 1634-cü ildə fransız Jan Nikole olmuşdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR