Slimfit
  1. AVTO VƏ MOTO

Michelin və General Motors havasız şinləri sınaqdan keçirir

Michelin və General Motors havasız şinləri sınaqdan keçirir
Sakura

Michelin və General Motors havasız şinləri sınaqdan keçirir

Ens.az xəbər verir ki, bir neçə ildir hazırlanan havasız təkərlər artıq 2024-cü ildə nəqliyyat vasitələrində istifadə edilə bilər.

General Motors və Michelin arasında tərəfdaşlığın bir hissəsi olaraq, GM 2019-cu ilin sonunda UPTIS (dəliklərə davamlılığın unikal sistemi) şinlərinin Chevrolet Bolt EV elektrik avtomobillərində real sınaqlarına başlayacaq.

Adi təkərlərlə müqayisədə UPTİS-in üstünlükləri var, belə ki, onlar ekoloji təmizdir, onları doldurmaq lazım deyil, onlar partlaya bilmir, zərbəyə davamlıdır və əlavə təkərlərə olan ehtiyacları aradan qaldırır.

“UPTIS avtomobil sənayesinin gələcəkdə inkişafı üçün idealdır və müştərilərimizin bizimlə əməkdaşlıqdan necə yararlandığı və partnyorlarla innovasiyaları tətbiq etməyimizin əla nümunəsidir", - GM vitse prezidenti Stiv Kifer bildirib.

Michelin şirkətinin statistikasına əsasən, hər il 20% köhnəlmiş təkər atılır, bu da 200 milyon təkər və tonlarla tullantıdır, bunu da havasız texnologiyanın köməyi ilə əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR