Slimfit
  1. MARAQLI

Mia Aflalo - gözəl saçlarına görə Instagram ulduzuna çevrilən 5 yaşlı qız

Mia Aflalo - gözəl saçlarına görə Instagram ulduzuna çevrilən 5 yaşlı qız
Sakura

Mia Aflalo - gözəl saçlarına görə Instagram ulduzuna çevrilən 5 yaşlı qız

Hər qız onun fəxri və bəzəyi olacaq gözəl saçlara malik olmağı arzulayır. Amma təəssüf ki, bu hər kəsə qismət olmur, hər qızın gözəl saçı olmur. Amma İsraildən olan bu qızın bəxti gətirib - Allah ona gözəl saçlar bəxş edib.

Tanış olun, bu Mia Aflalodur, onun cəmi 5 yaşı var və o artıq Instagram ulduzudur.

Onun gözəl saçları 64 min izləyici toplamasına səbəb oldu.

Təsəvvür edin ki, bu qızcığazın məşhurlaşması üçün heç nə etmək lazım deyil.

Saçların görünməmiş həcmi Miaya britaniya nəşri olan Vogue jurnalı üçün çəkilişlərdə iştirak etməyə kömək etdi, qəbul edin ki, bu çox yaxşıdır.

Qızın şəxsi bərbəri var ki, Mia ondan heç vaxt şikayət etmir və onunla mübahisə etmir. Əksinə, o səbrə gözləməyə və gülümsəməyə üstünlük verir.

Çoxsaylı azarkeşlərin olmasına baxmayaraq, bir çox insanlar hesab edir ki, balaca uşağı belə ictimai diqqətə məruz qoymaq zərərlidir.

Bəziləri hətta hesab edir ki, öz qızının şəkillərinin ictimaiyyətə nümayiş etdirməklə, valideylər onun həyatını təhlükə altına salır, internetdə çoxlu pis insanlar var axı.

Digərləri yazırlar ki, belə yüksək diqqət səbəbindən uşağın psixoloji sağlamlığı sarsıla bilər.

Üçüncülər isə qızın lovğalana biləcəyi fikrini üstün tuturlar.

Bəs siz nə düşünürsünüz?

 

Mənbə: Golbis.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR