Dərc edildi: Baxış sayı: 805
Məzuniyyətə çıxmadan, istirahətsiz işləmək insult və infarktdan ölüm hallarını artırır - Kardioloqlardan…
Uzun müddətli və daimi məzuniyyətə çıxıb, işdən istirahət edən insanlar daha uzun və sağlam yaşayır, nəinki çox işləyib, qısa müddət məzuniyyət götürən insanlar.
Medicina.az xəbər verir ki, bu fikirlər Avropa Kardioloqlar Cəmiyyətinin konqresində səslənib.
" Sağlamlıq üçün təkcə sağlam həyat tərzi və yaxşı qidalanma yetərli deyil. Buna arxayın olmayın. Əgər istirahətsiz işləsəz, az və ya heç məzuniyyət götürməsəz, istirahətə vaxt ayırmasaz bütün zəhmətiniz hədər gedə bilər. Məzuniyyət – sinir sistemi və ürək üçün çox vacibdir. Xüsusən kişilər uzunmüddətli istirahətə vaxt ayırmalıdır”.
Ümümdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünya əhalisinin ölüm səbəbi olan xəstəliklərin siyahısında birinci yerdə ürək-damar patologiyaları olan insult və infarkt dururş Bu xəstəliklər isə stress, qida, oturaq iş və zərərli vərdişlərdən qaynaqlanır.
Kardioloq Strandberq və kolleqaları ürək-damar xəstəlikləri ilə iş rejimi və istirahətin əlaqəsini tapıblar. Onlar Finlandiyada 1200 nəfər vəzifəli, imkanlı biznesmenlərin həyatını 25 il izləmişlər.
Müşahidələr onu göstərib ki, daha erkən vəfat edənlərin içində gərgin işləyən biznesmenlər çoxluq təşkil edib. Onlar həkim qəbulunda az olmuş, dərman qəbul etməmiş, demək olar ki, il boyu istirahətsiz çalışmışlar.
Bununla sübut olundu ki, insan nə qədər çox işgüzardırsa və istirahəti düşünmürsə, bir o qədər tez və çox ürək-damar problemləri ilə üzləşib, tez vəfat edirlər.
Belə ki, eksperiment göstərib ki, ildə 3-4 həftə istirahəti olan kişilərin ölüm riski ildə 1-2 ay istirahət edənlərdən 40% çox idi.
" Müşahidələrimiz sübut etdi ki, az yatan, çox işləyən, il ərzində az məzuniyyət götürən insanlar faktiki olaraq stress həddinin qırmızı xəttini keçərək, ürək-damar patologiyalarına tutulmuşlar. Onların əksəriyyəti xəstəliyindən xəbəri olmadan və müalicə almadan qəfil insult və infarktdan ölmüşlər. Ona görə də sağlam həyat tərzi, sağlam qidalanmaya arxayın olub məzuniyyəti təxirə salmaq olmaz.
Bunlarla yanaşı il ərzində müxtəlif vaxtlarda uzunmüddətli – tam 1 ay olmaqla ildə 2 dəfə istirahət götürmək lazımdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət