Dərc edildi: Baxış sayı: 526
Məzahir Pənahov seçkidə qələbə qazanmayanların etirazını təbii sayır
“Etiraz etmək hər kəsin haqqıdır”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M. Pənahov bildirib ki, seçkilərdə qələbə qazanmayan namizəd etiraz etməlidir və bu, təbiidir: “Seçilən namizədin etiraz etməsi təəccüblü olardı".
O, MSK-nın binası qarşısında keçirilən aksiyaya da münasibət bildirib. MSK sədri qeyd edib ki, həmin aksiya Azərbaycanda ictimai-siyasi münasibətlərin sivil qaydada olduğunu göstərdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət