Məzahir Pənahov: “MSK sosial şəbəkələrdə yayılmış görüntüləri ciddi araşdırıb, bu, seçkinin yekununda…
“Biz 23 dekabr 2019-cu ildə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı görüntülərə Mərkəzi Seçki Komissiyasının üzvləri ilə 2-3 dəfə baxmışıq”.
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
M. Pənahov deyib ki, həmin görüntülər ciddi araşdırılıb: “Əgər ciddi məqamlar aşkarlanıbsa, bu, MSK tərəfindən nəzərə alınıb. Bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarda da bu, əksini tapacaq”.
MSK sədri qeyd edib ki, bəzi insanlar diqqəti daha çox sosial şəbəkələrlə tərəfdar yığmağa yönəldib: “Ümumi xarakterli narazılıq əvəzinə konkret hansı məntəqədə hansı pozuntuların olması barədə faktlar təqdim olunmalıdır. Konkret pozuntulardan danışılmalıdır. Bu, şikayət etmək üçün adi tələblərdir. Səsvermə günü səsvermə məntəqələrində olan insanlar pozuntuları müşahidə edə bilərlər. Seçki Məcəlləsinin tələbinə əsasən, pozuntu varsa, müşahidə edilməli və yuxarı seçki komissiyalarına müraciət edilməlidir. Gələcəkdə daxil olan müraciətlərdə bu məlumatlar əksini tapmalıdır. Pozuntuların kim tərəfindən müşahidə edilərək təqdim edilməsi açıqlanmalıdır, bu, qanunvericiliyin tələbidir. Yoxsa istənilən bir şəxsin bütün məntəqələrə getməsi və səsvermədə pozuntulara yol verildiyini iddia etməsi normal hal deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət