Dərc edildi: Baxış sayı: 537
Məzahir Pənahov: 'Beynəlxalq müşahidəçilər bələdiyyə seçkilərinə dəvət olunacaq'
"Azərbaycanda dekabrın 27-də keçiriləcək bələdiyyə seçkilərində səsvermə prosesini izləmək üçün beynəlxalq təşkilatların nümayəndələri də dəvət ediləcək"
"Report" xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin sayı az olur: Bələdiyyə seçkilərinə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri dəvət ediləcək. Hesab edirəm ki, müşahidəçilər baxımından problem olmayacaq. Biz çalışacağıq ki, seçkilərdə maksimum dərəcədə beynəlxalq müşahidəçilər olsun. Çünki biz seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsində maraqlıyıq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət