Slimfit
  1. AZƏRBAYCAN

Meyvələrin qiyməti bahalaşacaq

Meyvələrin qiyməti bahalaşacaq
Sakura

Meyvələrin qiyməti bahalaşacaq

Bu ilin aprel ayı, mayın ilk yarısı havanın son dərəcə qeyri-stabilliyi ilə seçilərək, kənd təsərrüfatı üçün o qədər də əlverişli keçmədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, aprelin 17-dən 22-dək şimal enliklərindən uzun sürən soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri-sabit hava şəraiti yaradıb. Dağ və bəzi dağətəyi rayonlarda qar örtüyünün qalınlığı 2-14 santimetr olub. Aprel ayında bəzi günlərdə yağan yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçib. Mayın 13-də isə bəzi dağlıq rayonlara, xüsusilə Xaçmaza dolu düşüb. Mayın 20-nə olan hava proqnozuna görə də ölkənin bəzi yerlərinə dolu düşmə ehtimalı var. Mövsümə uyğun olmayan yağıntılar isə kənd təsərrüfatı məhsullarına böyük zərər verir.

Bir müddət əvvəl hava amili, ixrac səbəbiylə qiymətlərində ciddi bahalaşma müşahidə edilən kartof, soğan bu günlərdə mövsümə uyğun qiymətlərə satılır. 1 ay əvvələ qədər 1 manat 50 qəpiyədək bahalaşan kartof hazırda 70-80 qəpiyə, 1 manat 40 qəpiyədək bahalaşan soğan isə 50 qəpiyə təklif edilir.

Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli Modern.az-a bildirib ki, hava amili risk faktorlarının içərisində ən təhlükəlisidir:

“Bunun başında isə leysan, dolu faktoru gəlir, hətta ən təhlükəlisi sayılır. Ölkəmizin coğrafi iqlim şəraitinə görə, dolu adətən çəyirdəkli meyvələrin çiçəklənmə dövrünə təsadüf edir. Bu isə məhsuldarlığa ciddi şəkildə mənfi təsir edir. Məhsul çiçəkləyir, tozlanma getdiyi vaxtda dolu düşəndə onları məhv edir. Hələ 2-3 həftə əvvəl leysan xarakterli yağış yağdı, ardından da dolu düşdü. Bütün bunların nəticəsində isə ərik daha çox zərər gördü. Yağıntıların və dolunun təsirini biz xüsusilə əriyin məhsuldarlığında müşahidə edəcəyik. “Quba, Qəbələ, Zaqatalada ərik bağları yağıntılardan çox böyük zərər görüb. Dolunun növbəti günlərdə yağma ehtimalı olduğuna görə vəziyyət bir qədər də çətinləşə bilər”.

N.Nəsirli qeyd edib ki, hava şəraitinin bitkiçilik sahəsinə təsirləri gözlənilmir:

“Bildiyiniz kimi, dolu kütləvi deyil, lokal xarakterli oldu. Əsasən Xaçmaza düşdü. Bu isə ciddi iqtisadi nəticə yarada bilməz”.

Onun sözlərinə görə, yağıntıların açıq sahə tərəvəzçiliyinə-pomidor, badımcan, xiyar, bibər və s.-ə xeyri var:

“Çünki şitillər sahələrə köçürülmüşdü. Hətta bəzi bölgələrdə fermerlər suvarma qayğısından azad olub. Hazırda xiyar, pomidor, badımcan, bibərin qiymətləri mövsümə uyğundur”.

Qeyd edək ki, hazırda pomidorun qiyməti növündən asılı olaraq 2 manat-3  manat, xiyarın qiyməti 30-50 qəpik, badımcanın qiyməti 1 manat 50 qəpik-1 manat 80 qəpik arasında dəyişir. Bibər isə kiloqramı 5 manata təklif olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR