Slimfit
  1. AZƏRBAYCAN

Meyitdən orqan köçürülməsinə ancaq bir nəfər icazə verəcək

Meyitdən orqan köçürülməsinə ancaq bir nəfər icazə verəcək
Sakura

Meyitdən orqan köçürülməsinə ancaq bir nəfər icazə verəcək

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun layihəsi üzərində işlər davam etdirilir. Qeyd edim ki, artıq bir ildir bu sənəd üzərində işlər gedir. Biz əvvəlcə mövcud qanuna geniş əlavə və dəyişiklikləri nəzərdə tuturduq.

Sonradan qanunun özündən çox dəyişikliklər ortaya çıxdı, yəni qanun 17-18 maddədən ibarət idisə, 30-a yaxın dəyişiklik - maddə ortaya gəldi. Ona görə də biz bunu yeni qanun layihəsi kimi hazırlamağı qərara aldıq və beləliklə, onun üzərində işləri davam etdirməkdəyik.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini, adıçəkilən qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Musa Quliyev deyib.

M. Quliyev xatırladıb ki, mövcud, qüvvədə olan qanunun qəbulundan 20 il keçir:

“Hazırkı qanun 1999-cu ildə qəbul edilib və ötən 20 ildə yeni tələblər, yeni yanaşmalar ortaya çıxıb. Odur ki, yeni qanun layihəsi hazırlayaraq, onu müvafiq qurumlara, nazirliklərə rəylərə göndərmişik və artıq bu rəylər də bizə - İşçi Qrupuna yavaş-yavaş daxil olmaqdadır. Onlar bu ayın sonuna qədər daxil olub, qurtarar, rəylər yığılar və bundan sonra İşçi Qrupu, Səhiyyə komitəsi öz sözünü deyər, fikrini bildirər”.

Qanun layihəsinin adı ilə bağlı mübahisələrə gəlincə, M. Quliyev qeyd edib ki, terminologiya burada o qədər də önəmli rol oynamır:

“Bildiyiniz kimi, daha çox orqanların donorluğu və ya orqanlarla toxumaların donorluğu üzərində mübahisələr gedirdi. Hesab edirəm ki, bunlar elə də prinsipial məsələlər deyil. Hər ikisi doğrudur, Səhiyyə komitəsi sonda nə qərar verəcək, o cür də olacaq”.

Meyitdən orqan köçürülməsi məsələsində razılıq - icazə məsələsinə gəldikdə, M.Quliyev bu məsələnin artıq qanun layihəsində həllini tapdığını deyib.

“Qanun layihəsində göstərmişik ki, meyitdən orqan köçürülməsi, transplantasiya məsələsində ailə üzvlərindən və ya yaxın qohumlardan yalnız birinin razılığı, icazəsi alınacaq. Çünki bütün qohumların razılığı alınmalı olsa, onda meyitdən orqan köçürülməsi mümkün olmayacaq. Ancaq gələcəkdə maarifləndirmə işi ona yönəldilməlidir ki, hər bir insan sağlığında orqanını vəsiyyət etsin.

Əgər sağlığında vəsiyyət edibsə, artıq qohumun da razılığına ehtiyac qalmayacaq”, - deyə M.Quliyev əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR