Dərc edildi: Baxış sayı: 553
Meyin istefasından sonra baş nazir o ola bilər
Britaniya Baş naziri Tereza Meyin istefasından sonra Britaniya baş naziri postuna əsas namizəd Boris Conson olacaq.
Axar.az xəbər verir ki, bu nəticə “YouGov” şirkətinin Konservativ Partiyasının üzvləri arasında keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Məlumata görə, hazırda Consonu baş nazir olaraq görmək istəyənlərin sayı sorğu iştirakçılarının 39%-ni təşkil edib. Ondan sonrakı yerdə Breksti Məsələləri üzrə eks-nazir Dominik Raab qərarlaşıb. Növbəti yerləri Ətraf Mühit naziri Maykl Qouv (9%), DİN rəhbəri Sacid Cavid (9%), Xarici İşlər naziri Ceremi Hant (8%) tutublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət