Məxdumqulu Fəraqi - Bilmədim
Felək menə qəm badəsin verəli
Vüsal hansı, hicran hansı, bilmədim.
Baq işine ten vermişem, göıeli
Arzu hansı, arman hansı, bilmədim.
Bəndə olsan gözlə haqqın rizasin,
Cebr eylesə çekəvergil cəzasm.
Əcəl bir gün atar tiri-qezasm
Kiriş hansı, kaman hansı, bilmədim.
Arif olsan qulaq qoygil sözümə,
Bir sürətəm bu gün baxmam özümə.
Dünya dibi yek görünər gözümə
Devir hansı, dövran hansı, bilmədim.
Az ömrümü çox sevdaya satıb mən,
Özüm bilmən ol dəıyaya atıb mən,
Ne ümmandır, nə talabdır, yatıb mən,
Zemin hansı, zaman hansı, bilmədim.
Hər kim girsə ol talaba, ümmana,
Başın alıb çıxa bilməz bir yana.
Qədəm qoydum ol sehrayi-meydana
Can hansıdır, cahan hansı, bilmədim.
Bu dünyanı asmandakı rəng bildim,
İsti-isti asılışdım, son bildim,
İndi onun vann, yoxun dən bildim,
Sud hansıdır, ziyan hansı, bilmədim.
Məxtumqulu yolun önü, ardı var,
Çəkər yükün hər kişinin merdi var,
Ürəyimde pünhan eşqin dərdi var,
Dərd hansıdır, dərman hansı, bilmedim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət