Slimfit
  1. MEDİA

Mexaniki nəqliyyat vasitələrinin sürücülərinin nəzərinə

Mexaniki nəqliyyat vasitələrinin sürücülərinin nəzərinə
Sakura

Mexaniki nəqliyyat vasitələrinin sürücülərinin nəzərinə

4.2. Texnika sürücüsü vəsiqələri aşağıdakı hallarda dəyişdirilir:

- yararsız vəziyyətə düşdükdə;

- etibarlıq müddəti qurtardıqda;

- yeni nümunəsi təsdiq edildikdə;

- yazılarında dəqiqsizlik müəyyən edildikdə;

- sahibinin soyadı, adı və ya atasının adı dəyişdikdə;

- itirildikdə;

3.9. Şəxsə texnikanı idarə etmək hüququ verən vəsiqə DTNM orqanları tərəfindən verilir və etibarlılıq müddəti aşağıdakı kimi müəyyən edilir:

- 60 yaşına çatmamış şəxslər üçün - 10 il;

- 60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddətə;

- 70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;

- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddətə.

3.10. Texnika sürücüsü vəsiqəsinin sahibi ona verilmiş vəsiqəni qorumağa borcludur.

“Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri”nin yeni nümunəsinin təsdiqi ilə əlaqədar 2018-ci ilin yanvar ayından Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən müasir standartlara uyğun plastik kartların verilməsinə başlanılmışdır.

Bununla əlaqədar mexanizatorlar Regional Bölgələrdə (Bakı, Sumqayıt, Ağsu, Qazax, Goranboy, Quba, İmişli, Lənkəran, Cəlilabad, Gəncə, Beyləqan, Yevlax, Şirvan, Salyan, Qəbələ, Bərdə, Şəki) yerləşən imtahan-qeydiyyat məntəqələrinə müraciət edə və ya Baş Dövlət Texniki Nəzarət Xidmətinin “Səyyar Xidmət” Qrupunun xidmətlərindən istifadə edə bilərlər.

Bir daha müraciət edirik ki, hətta Sovetlər dövründə alınmış sürücülük vəsiqələri (etibarlılıq müddəti çoxdan bitmiş) belə cari ilin sonuna qədər dəyişdiriləcəkdir.

Etibarlılıq müddəti bitmiş vəsiqələrin, kateqoriyaları istifadə edilən nəqliyyat vasitələrinə uyğun olmayan vəsiqələrin istifadəsi qəti qadağandır. Əks halda belə vəsiqələrin istifadəsi zamanı inzibati cərimələr tətbiq ediləcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR