Slimfit
  1. CƏMİYYƏT

Metropolitençilər Ali Məhkəmədə DSMF-yə qalib gəldilər

Metropolitençilər Ali Məhkəmədə DSMF-yə qalib gəldilər
Sakura

Metropolitençilər Ali Məhkəmədə DSMF-yə qalib gəldilər

Güzəştli şərtlərlə pensiyaya çıxmaq istəyən metropoliten işçilərinin kassasiya şikayətinə baxılıb.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  Ali Məhkəmə şikayətçilərin iddiasını əsaslı sayıb. İş yenidən baxılması üçün apellyasiya baxışına təyin olunub.

Bakı Apellyasiya Məhkəməsi bu dəfə metropolitençi Vladimir Şahlarovun 57 yaşda pensiyaya çıxa bilmək hüququnu tanıyıb. Qərarda deyilir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) metropolitençilərin pensiya ilə təmin edilməsini dərhal icra etməlidir. V.Şahlarov məhkəmə istintaqı dövründə öldüyünə görə, onun yığılmış pensiyası yaxınlarına veriləcək.

Məhkəmə eyni zamanda metropolitençi Azər Əliyevin də güzəştli şərtlərlə pensiyaya çıxması qərarını qüvvədə saxlayıb.

Lakin hər iki iddiaçıya köhnə qanunvericiliklə aylıq 450 manat pensiya kəsilib. Hazırda bununla bağlı Dövlət Sosial Müdafiə Fondu ilə iddiaçılar arasında növbəti məhkəmə çəkişməsi başlayıb.

Onu da əlavə edək ki, ilk olaraq Bakı İnzibati Məhkəməsi metropoliten işçilərinin iddiasını təmin edib. Qərarda deyilir ki, metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftar - güzəştli şərtlərlə pensiya təyinatından imtina əsaslı deyil. Lakin Dövlət Sosial Müdafiə Fondu bu qərarlarla razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Fondu haqlı sayıb və birinci instansiya məhkəməsinin qərarlarını ləğv edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR