Dərc edildi: Baxış sayı: 353
Metropoliten rəsmisindən əməkdaşların iş prinsipi ilə bağlı AÇIQLAMA
“Metropoliten əməkdaşları tibbi maskadan istifadə edir”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Xəzər TV”nin efirində yayımlanan “Xəzər Səhər” proqramında qonaq olarkən deyib.
O bildirib ki, sərnişinlər kimi, metro işçilərinin də tibbi maskalardan istifadəsi məcburidir:
“Maşinistlər, platformada çalışan əməkdaşlarımızın hər biri tibbi maska, əlcək, spirt və ya dezinfeksiyaedici məhlullarla təmin edilir. Bu səbəbdən hər kəsdən karantin dövründə qoyulan qaydalara ciddi şəkildə riayət etmələri tövsiyə olunur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət