Dərc edildi: Baxış sayı: 779
Metronun "Xocasən" deposu inşa edilir
Xəbər verdiyimiz kimi, Xocasən qəsəbəsinin ərazisində metronun "Xocasən" deposunu inşa edilir. "Xocasən" deposunda sərnişin platforması da olacaq.
Bizimyol.info xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, ətraf ərazilərdə yaşayan sərnişinlər “Avtovağzal” stansiyasına daha rahat gələ biləcəklər.
Qeyd edək ki, bundan başqa, ikinci - "Dərnəgül" deposunun da inşası davam etdirilir.
Hər iki deponun inşasının beş il müddətində aparılması nəzərdə tutulub. "Dərnəgül" deposu mövcud, digəri isə inşa olunacaq yeni xətlərə xidmət göstərəcək. Bundan başqa, elektrik depoları əsaslı təmir, indiki qulluq və saxlanma üçün nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət