Slimfit
  1. AZƏRBAYCAN

Metronun “İçərişəhər” stansiyasında sosial layihə həyata keçirilir

Metronun “İçərişəhər” stansiyasında sosial layihə həyata keçirilir
Sakura

Dekabrın 18-də Bakı metropoliteninin “İçərişəhər” stansiyasında sosial layihə həyata keçirilir

Dekabrın 18-də Bakı metropoliteninin “İçərişəhər” stansiyasında sosial layihə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər” stansiyasında keçirilən yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil etmək üçün şərait yaradılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, “Əl işləri yarmarkası” adlandırılan sosialyönümlü aksiya təmənnasız təşkil edilib. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməkdə dəstək olmaq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır.

Yarmarkada 30 stenddən ibarət əl işləri təqdim olunur və metronun sərnişinləri tərəfindən böyük maraqla qarşılanır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR