Dərc edildi: Baxış sayı: 275
Metronun fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA: “Bəlli olmayan dövrədək...”
“Metronun açılması bu gün müzakirə olunmur”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, virusun yayılması riskinin yüksək olduğu amillərdən biri insanların hərəkətidir.
“Bu isə nəqliyyatla bağlıdır. Buna görə bir çox ölkələrdə nəqliyyatın məhdudlaşdırılmasına gedilir ki, yoluxma aşağı düşsün. Metroda bu yoluxma yüksəkdir. Ona görə də metronu bəlli olmayan dövrə qədər qapatmağa məcburuq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət