Slimfit
  1. AZƏRBAYCAN

Metrodan istifadə edənlərin sayı niyə azalıb?

Metrodan istifadə edənlərin sayı niyə azalıb?
Sakura

Metrodan istifadə edənlərin sayı niyə azalıb?

Yay aylarında metrodan istifadə edənlərin sayının azalması normaldır. Bu, yay tətilinə görə şəhərin boşalması ilə əlaqədardır. Kondisionerli avtobusların sayının çox olması da metroya minənlərin azalmasında rol oynayır.

Bu sözləri Axar.az-a keçmiş metropoliten əməkdaşı, ekspert Nəsimi Paşayev bu ilin iyul ayında metrodan istifadə edənlərin sayının azalma səbəblərindən danışarkən deyib.

N.Paşayev bildirib ki, metroda sərnişin seyrəkliyinin əsas səbəbi yay qrafikidir. Məhz bu aylarda sərnişin az olduğuna görə yay qrafikinə keçərkən vaqonların sayı azaldılır, qatarlararası interval artırılır:

“Metroda 2 qrafik var - yay və qış qrafiki. Qış qrafiki ali və orta məktəblərdə dərs başlayanda işə düşür və yay tətilində bitir. Yəni sentyabrın 15-dən, iyunun sonlarına kimi.

Ali təhsil müəssisələrində imtahanlar bitən kimi qış qrafiki bitir və yay qrafiki başlayır. Bu müddət ərzində metrodan istifadə edən sərnişinlərin sayı azalır. Şagirdlər, tələbələr, müəllimlər, təhsil müəssisələrində çalışan insanlar, məzuniyyətə çıxanlar, rayonlara və ya xaricə gedənlərə görə sərnişin sayında azalma baş verir. Bu hal yay qrafiki üçün xarakterikdir”.

Qeyd edək ki, bu ilin iyul ayında metrodan istifadə edənlərin sayı azalıb.

Ötən ay metro xidmətlərindən 16.5 milyon sərnişin istifadə edib. Bu da iyun ayı ilə müqayisədə 2.4 milyon nəfər azalma deməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR