Dərc edildi: Baxış sayı: 550
Metroda yaşayan qadına inanılmaz təklif
Los Ancelesde metroda yaşayan qadının mahnı oxuyarkən çəkilən videosu internetdə səs-küyə səbəb olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Emili Zamourka adlı qadına albom təklifi gəlib və onunla bağlı internetdə yardım klampaniyası başladılıb. "Qremmi"yə namizəd olan prodüser Joel Daymond soprano səsli qadına klassik və elektronik tərzində musiqilərdən ibarət albom hazırlayacağını deyib. 52 yaşlı qadının ilk albomunun adı "Paradise" (Cənnət) olacaq.
Emili isə öz növbəsində hər kəsə təşəkkür edib və heç kimə yük olmaq istəmədiyini dilə gətirib. Yardım kampaniyalarında isə ona 100 min dollara yaxın pul toplanılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət