Dərc edildi: Baxış sayı: 333
Metroda sosial məsafənin gözlənilməsinə necə riayət olunur?
Səhər saatlarından indiyədək sərnişin axınını nəzərə alsaq, sosial məsafənin gözlənilməsi prosesi yüksək səviyyədə aparılır.
Ens.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, sərnişin sıxlığı günün müəyyən saatlarına görə dəyişir:
“Sərnişinlər stansiyalara daxil olarkən sosial məsafənin qorunmasına, tibbi maskaların burnun üzərini tutacaq şəkildə taxılmasına diqqət etməlidirlər. Bizim əməkdaşlar da qaydalara əməl olunmadına nəzarət edəcəklər.
Belə olan halda metroda hər hansı problemin yaşanmayacağına ümid edirik”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət