Slimfit
  1. AZƏRBAYCAN

Metroda hamının üzü gülür

Metroda hamının üzü gülür
Sakura

Uşaqlardan əyləncəli anonslar

Bakı Metropolitenində 3 gün ərzində bütün anonslar uşaqların dilindən eşidiləcək. 

Bu gün Bakıda metro istifadəçiləri sürprizlə üzləşiblər.

Milli.Az xəbər verir ki, sərnişinlər qatarda olarkən əyləncəli anlar yaşayırlar. Onlar anonsları adət etdikləri səs əvəzinə uşaqların ifasında eşidirlər.

Balacaların səsi, demək olar ki, bütün sərnişinlərin üzündə təbəssümə səbəb olur. Hətta hər gün metroda qulaqlıqlarla musiqiyə qulaq asa-asa gedənlər də bu səslərdən zövq almaq üçün qulaqlarını şəkləyərək növbəti anonsları intizarla gözləyirlər. 

Qeyd edək ki, "3 Alma"nın təşəbbüsü və Bakı Metropoliteninin dəstəyi ilə 1-3 iyun tarixində metroda yeni bir layihə həyata keçirilir. Belə ki, iyunun ilk üç günü ərzində Metropolitenin bütün stansiyalarında, vaqonlarda və eskalatorlarda səsləndirilən elanları balaca oğlan və qızların dilindən eşidiləcək. Elanlar həm Azərbaycan, həm də ingilis dilində səsləndirilir.

Bakı Metropoliteni tarixində ilk dəfə gerçəkləşən bu layihədə Avropa Azərbaycan Məktəbinin I-III siniflərində təhsil alan 30-dan çox şagirdlə yanaşı, 2 nəfər məktəbəqədər uşaq da iştirak edib. İştirakçılar arasında Azərbaycan vətəndaşları ilə yanaşı əcnəbilər də var.

Uşaqların böyük həvəs və zövqlə iştirak etdiyi bu layihənin əsas məqsədi cəmiyyətin diqqətini balacalara yönəltmək, eyni zamanda, onlarda özünə inam və məsuliyyət hissi aşılamaq, bizim üçün nə qədər dəyərli olduqlarını bir daha hiss etdirməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR