Slimfit
  1. MEDİA

Mətbuat Şurası beynəlxalq təşkilatlara və media qurumlarına bəyanat ünvanlayıb

Mətbuat Şurası beynəlxalq təşkilatlara və media qurumlarına bəyanat ünvanlayıb
Sakura

Mətbuat Şurası beynəlxalq təşkilatlara və media qurumlarına bəyanat ünvanlayıb

Azərbaycan Mətbuat Şurası beynəlxalq təşkilatlara və media qurumlarına bəyanat ünvanlayıb.

Ens.az APA-nın məlumatına istinadən xər verir ki, bəyanatda bildirilib:

“Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa xaricdən jurnalist səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Bununla bağlı konkret prosedur Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditasiyadır. Lakin təəssüf ki, bu tələb Şuşada kilsə ətrafında xəsarət almış rusiyalı media təmsilçiləri tərəfindən gözlənilməyib. Buna görə hadisədə məsuliyyət onları əraziyə dəvət edən Ermənistan hakimiyyətinin üzərinə düşür.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Şuşadakı kilsənin zərər çəkməsinin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda jurnalistlərin həmin ərazidə olmalarının məntiqini ancaq Ermənistan tərəfində axtarmaq lazımdır. Heç bir şübhə yoxdur ki, kilsə kimi dini məkana dağıdıcı hücumun beynəlxalq ictimai rəydə doğuracağı mənfi reaksiyanı hesablayan Ermənistan dairələri orada jurnalistlərin zərər çəkmələrinin neqativ cəhətlərini də düşünüblər. Bu, ciddi təxribatdır, söz və ifadə azadlığı ilə manipulyasiyadır.

Azərbaycan Mətbuat Şurası dünyanın aparıcı beynəlxalq təşkilatlarına və media qurumlarına bir neçə gün əvvəl ünvanladığı müraciətində bildirmişdi ki, Ermənistan xarici jurnalistləri gərginlik zonalarına bilərəkdən yönləndirməklə məşğuldur. Biz bunun təhlükəli tendensiya olduğunu diqqətə çatdırmışıq. Cəbhə xəttinin Azərbaycan tərəfində olan jurnalistlərin qarşı tərəfdən atəşə tutulmaları faktı da onu göstərir ki, Ermənistan hərbçiləri üçün jurnalist həyatının heç bir əhəmiyyəti yoxdur, cəmiyyətin obyektiv informasiyalarla təminatı prinsipi onların marağında deyil.

Azərbaycan Mətbuat Şurası bir daha xarici ölkə jurnalistlərinə müraciət edərək onları Ermənistanın terrorçuların və ekstremistlərin məkanına çevirdiyi işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlərdən daşınmağa çağırır. Şura həmçinin Şuşada xəsarət almış rusiyalı media təmsilçilərinin tezliklə sağalmalarını və peşə fəaliyyətlərini davam etdirməyi arzulayır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR