Slimfit
  1. MARAQLI

Mətbəx süngərlərində faydalı `superviruslar` tapılıb

Mətbəx süngərlərində faydalı `superviruslar` tapılıb
Sakura

Mətbəx süngərlərində faydalı `superviruslar` tapılıb

Amerikanın molekulyar bioloqları adi mətbəx süngərlərində «super bakteriyaları» məhv edəcək bir neçə virus bakteriofaqlar aşkar edib. FaktXeber.com-un verdiyi məlumata görə bu barədə San Fransiskoda  ASM Microbe 2019 konfransının açılış mərasimində bəyan ediblər.

Qeyd edək ki, son zamanlar bir və bir neçə antibiotikə davamlı olan mikroblar - «super bakteriyalar» problemi getdikcə artmaqdadır. Onların arasında nadir infeksiya yayanlar, həmçinin qızıl stafilokokk (Staphilococcus aureus), yaxud pnevmokok (Streptococcus pneumoniae) kimi təhlükəli və geniş yayılan patoqenlər var.

Belə təhlükə yaranıb ki bütün antibiotiklər öz effektivliyini itirəcək və tibb «qaranlıq əsrlərə»  geri dönəcək. Bu səbəbdən molekulyar bioloqlar  həm yeni antibiotiklər hazırlayır, həm də onlara alternativ tapmağa çalışır. 

Alimlər  tələbələrin qab yuduqları adi mətbəx süngərlərinin mikroflorasını araşdırarkən antibiotiklər üçün potensial əvəzləyici tapıblar. Onların ikisində alimlər əvvəllər rastlaşmadıqları virusları aşkar ediblər.

Onların rol və funksiyaları öyrənərkən bioloqlar hər bir tələbənin mikroflorasından bakteriya çıxararq virusların onları nə dərəcədə yoluxdura biləcəyini və hansı mikrobların hücumlara davam gətirə bilməyəcini araşdırıblar.

Bu təcrübələr iki gözlənilməz ixtira ilə nəticələnib: «süngər» bakteriofaqlar  bir yox, bir neçə enterobakteriya ştammlarını (Enterobacteriaceae) yoluxdura bilir, özü də onlar nəinki «öz bakteriyalarına», hmçinin ikinci tələbənin bağırsağının «sakinlərinə» hücum ediblər.

«Süngər» viruslarının  bir sıra təhlükəli  bakteriyaları  məhv etməsi  onların tibbdə istifadəsinə maraq yaradıb. Bioloqlar digər təhlükəli bakteriya tiplərini məhv etmə qabiliyyətinə malik belə virusların axtarışına başlayıblar.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR