Slimfit
  1. TƏBİƏT

Metal

Metal
Sakura

Metal — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya…

Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir.

Təbiətdə tapılması

Metallar D. Mendeleyevin kimyəvi elementlərin dövrü sistemində Bor ilə Polonium arasında yerləşən kimyəvi elementləri əhatə edir. Bununla kimyəvi elementlərin 80 %-i metal sayılır. Yarımmetallara və qeyri- metallara keçid tədricən baş verir. Ən geniş yayılmış metal kimi alüminiumu göstərmək olar.

Metallara təbiətdə filiz və birləşmələr şəklində rast gəlinir. Onlar oksid, sulfid, karbonat və başqa kimyəvi birləşmələri əmələ gətirirlər.Təmiz metal əldə etmək üçün onları filizin tərkibindən çıxartmaq lazımdr. Lazım gəldikdə metalların xassələri legirləyici elementlərin köməyi ilə yaxşılaşdırılır. Bununla metallurgiya elmi məşğul olur. Metallurgiyada qara (dəmir əsasında ) və əlvan ( buraya dəmirdən başqa aid olanlar daxildirlər) metallar fərqləndirilirlər. Qızıl, gümüş və platin bahalı metallara aid edilirlər.

Bütün metallar (civədən başqa) normal halda bərk şəkildə olurlar. Ərimə temperaturu −39 °C-dən (civə) 3410 °C ( volfram ) arasında yerləşir. Sıxlığına görə metallar yüngül ( sıxlığı 0,53 ÷ 5 q/sm³ ) və ağır olurlar ( sıxlığı 5 ÷ 22,5 q/sm³ ).

Metallar iki qrupa bölünür: qara və əlvan metallara ayrılır. Qara metallar dəmir və onun ərintiləri olan polad və çuqundan ibarətdir. Qalan metallar isə əlvan metallar qrupunu təşkil edir. Əlvan metallar öz növbəsində yüngül, ağır, nadir və nəcib metallar qrupuna ayrılır.

 

Qara metallar

Qara metallar çox qiymətli mexaniki, texnoloji və s. xassələrə malikdir. Dünyada istehsal edilən materialların ümumi miqdarının təxminən 94%-ni qara metallar təşkil edir. Buna görə də hər hansı ölkənin xalq təsərrüfatının texniki səviyyəsi, ən əvvəl həmin ölkədə əridilən qara metalların miqdarı ilə xarakterizə olunur.

 

Əlvan metallar

Əlvan metallar və bunların ərintiləri əlavə olaraq bir sıra xüsusi xassələrə malikdir. Məsələn: yüksək elektrik və istilik keçiriciliyinə, korroziyaya, sürtünmə və mexaniki yeyilməyə qarşı davamlılığa malik olmaları ilə fərqlənirlər. Alüminium, maqnezium və s. kimi yüngül metalların əsasında yaradılan ərintilər yüngül olduqlarından təyyarə, kosmik gəmilər, süni peyklər və raket istehsalında geniş tətbiq edilməkdədir. Molibden, volfram, vanadium, titan, niobium, kobalt və s. kimi metallardan korroziyaya və odadavamlı olan polad və xüsusi ərinti növlərinin alınmasında geniş istifadə edilir. Nəcib metallar, o cümlədən platin, qızıl, gümüş saf və ya ərintilər şəklində işlədilir. Bunlardan həssas, dəqiq və paslanmayan cihazların hazırlanmasında istifadə edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR