Dərc edildi: Baxış sayı: 583
Mesut Özil oruc tutanlara maddi yardım etdi
İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil Türkiyə Qırmızı Aypara Cəmiyyətinə 80 000 funt sterlinq məbləğində yardım edib.
Ens.az "Report"-a istinadən verdiyi məlumata görə, vəsait koronavirus pandemiyası şəraitində oruc tutan şəxslərə dəstək üçün xərclənəcək.
Türk əsilli yarımmüdafiəçi Türkiyə ilə Suriyada 16 000 insanı müqəddəs Ramazan ayı ərzində ərzaq və dərmanla təmin edəcək.
Qeyd edək ki, Mesut Özil "Arsenal"ın ən yüksək ödənişli futbolçularındandır. Daha əvvəl Britaniya mətbuatı Özilin pandemiya müddətində əmək haqqının azaldılmasına etiraz edən 3 futbolçudan biri olduğunu yazıb. Bununla belə, 32 yaşlı yarımmüdafiəçi daim xeyriyyəçiliklə məşğul olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət