Dərc edildi: Baxış sayı: 507
Mesut Özil baş hakimə sarı vərəqədə avtoqraf verib
İngiltərənin “Arsenal” klubunun futbolçusu Mesut Özil Beynəlxalq Çempionlar Kubpku turnirində Fransa təmsilçisi PSJ ilə oyundan öncə diqqət mərkəzinə düşüb.
“Report” xəbər verir ki, bir neçə gün öncə Almaniya millisindəki karyerasını başa vuran türk əsilli yarımmüdafiəçi qarşılaşmanın sinqapurlu referisinə avtoqraf verib. O, imzasını baş hakimin təqdim etdiyi sarı vərəqəsinə atıb.
Qeyd edək ki, oyun “Arsenal”ın qələbəsilə başa çatıb – 5:1. Görüşdə hesabı 13-cü dəqiqəsə Özil açıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət