Slimfit
  1. İDMAN

"Messiyə qarşı heç bir mübarizə olmadığına inanıram"

"Messiyə qarşı heç bir mübarizə olmadığına inanıram"
Sakura

"Messiyə qarşı heç bir mübarizə olmadığına inanıram"

La Liqanın prezidenti Xavier Tebas Barcelona-nın hücumçusu Lionel Messi ilə bağlı vəziyyətdən danışıb.

Ens.Az goal.az-a istinadən xəbər verir ki, qrum rəhbəri oyunçu ilə heç bir probleminin olmadığını açıqlayıb:

"Messi ilə heç bir danışıq aparmadım. Eyni şeyi çempionatımızda olan digər futbolçular üçün də edərdim. Qanunun aliliyini və ədaləti qorumaq bizim vəzifəmizdir. Adınız Messi və ya Pepito, Perez olsun fərqi yoxdur. Müqavilələrə hörmət edilməlidir. Şəxsən mən Messiyə və ətrafına qarşı heç bir mübarizə olmadığına inanıram. Ona xüsusi bir sevgim var, pərəstişkarlıq edirəm. Onunla niyə mübarizə aparım? Bu məsələdə mətbuat işi çox böyütdü".

Xatırladaq ki, Tebas argentinalı futbolçunun yalnız müqaviləsindəki şərtlər yerinə yetirildiyi təqdirdə, komandadan ayrıla biləcəyini bildirmişdi. Messinin sözləşməsində 700 milyon avqo qarşılığında başqa kluba keçə biləcəyi yazılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR