Slimfit
  1. İDMAN

Messinin xeyriyyə fondu maliyyə fırıldağında şübhəli bilinir

Messinin xeyriyyə fondu maliyyə fırıldağında şübhəli bilinir
Sakura

Messinin xeyriyyə fondu maliyyə fırıldağında şübhəli bilinir

 Argentina millisinin və “Barselona”nın futbolçusu Lionel Messinin xeyriyyə fondu maliyyə fırıldağında və vergidən yayınmaqda şübhəli bilinir.

“Report” “El Confidencial”a istinadən xəbər verir ki, hazırda bu işə Buenos-Ayresdəki məhkəmələrin birində baxılır. İddiaya görə, hakim ittiham şikayətini qəbul edib və vergidən yayınma ilə bağlı cinayət işi üzrə ibtidai araşdırma təyin edib.

Bildirilir ki, Messinin imici müxtəlif şəxslərdən və şirkətlərdən pul cəlb edilməsi üçün istifadə olunub və əldə edilən vəsait dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürülüb. Qanunsuz fəaliyyət 2012-2014-cü illərdə İspaniya və Argentinada baş verib.

Fondun əsas sponsorlarının “Adidas” və “Unicef” kimi nəhənglərin olduğu məlumdur. Yalnız 2017-ci ildə təxminən 2 milyon dollar ianə olub.

Qeyd edək ki, Messi daha əvvəl vergidən yayındığı üçün məsuliyyətə cəlb edilib. 31 yaşlı forvard 250 min avro cərimə ödəyərək, 21 aylıq həbsdən yayınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR