Dərc edildi: Baxış sayı: 743
Messinin uğuru 8 ildən sonra təkrarlandı
İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati ulduz futbolçu Lionel Messinin uğurunu təkrarlayıb.
Ens.az "Report"-a istinadən verdiyi məlumatına görə, 18 yaşlı hücumçu buna İspaniya La Liqasının III turunda "Vilyarreal"la matçda 20 dəqiqə ərzində dubl etməklə nail olub.
İspaniyalı oyunçu 15-ci və 19-cu dəqiqələrdə fərqlənməklə 8 il ərzində ilk 20 dəqiqədə iki qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Daha əvvəl Kataloniya təmsilçisində bu uğura Marti Vontolre (1933), Sandor Koçiş (1961), Lafos Bustilyo (1969) və Lionel Messi (2012) nail ola bilib.
Qeyd edək ki, qarşılaşma "Barselona"nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət