Slimfit
  1. İDMAN

“Messinin qələbə üçün komandaya ehtiyacı var”

“Messinin qələbə üçün komandaya ehtiyacı var”
Sakura

“Messinin qələbə üçün komandaya ehtiyacı var”

Futbolçu karyerasını başa vuran, indi Qətərin “Əl-Sədd” klubuna başçılıq edən keçmiş “Barselona”lı Xavi Rusiya mətbuatına müsahibə verib. Yaxın keçmişin məşhur oyunçusu daha çox Kataloniya klubu haqda danışıb.

Bizimyol.info xəbər verir ki, Xavi öz oynadığı dövrdə “Barselona”nın daha güclü olduğunu deyib. İspanın fikrincə, onlarla hər klub ayaqlaşa bilmirdi: “Bizim nəsil Çempionlar Liqasında daha çox kubok qazana bilərdi. Biz o qədər güclüydük, rəqiblərdən o qədər üstün oynayırdıq ki, daha çoxunu bacarardıq. İndi sanki Çempionlar Liqasında qüvvələr nisbəti bərabərləşib. Amma o vaxt “Barselona”nın total üstünlüyü hiss olunurdu. Dörd dəfə Çempionlar Liqasında qələbəni çox saymıram. Çox mükafat əldən verdik”.

Jurnalistin “Messinin çıxış etmədiyi komandada oynasaydınız, “Qızıl top” alardınızmı?” sualına Xavi becə cavab verib: “Biz Messisiz o qədər mükafat qazana bilməzdik, mən də “Qızıl top”a namizədlər siyahısına düşməzdim. Amma Messinin də qələbə üçün komandaya ehtiyacı var. Tez-tez “Barselona”da görürük ki, komandasız Messidə heç nə alınmır. Ən vacibi komandadır. Hərçənd, Messi də olmasaydı, bu qədər uğur qazanmayacaqdıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR