Slimfit
  1. İDMAN

Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”dan ayrılır

Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”dan ayrılır
Sakura

Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”dan ayrılır

“Qarabağ”ın qapıçısı Hanes Haldourson karyerasını ölkəsində davam etdirə bilər. 

Oxu.Az xəbər verir ki, bu iddia ilə İslandiyanın frettabladid.is saytı çıxış edib.

Bildirilir ki, İslandiya millisinin kapitanı son ölkə çempionu “Valur” və ya “Reykyavik”ə keçə bilər. Həmkarlarımız başqa təkliflərə baxmayaraq, “Valur”un şərtlərinin Haldoursonun ürəyincə olduğunu və ilkin razılığın əldə edildiyini vurğulayıb.

34 yaşlı qapıçının təklifi barədə milli komandanın sözçüsü Olafur Qardarson məlumatı təsdiqləyib. O, yayda iki illik müqavilə bağlayan futbolçunun “Qarabağ”dan ayrılacağını istisna etməyib: 

“Önümüzdəki günlərdə və ya aylarda Hanesin durumunda dəyişiklik ola bilər. İsveç, Norveç və digər ölkələrdən də təkliflər gəlib. Ancaq onun “Qarabağ”la 18 aylıq müqaviləsi var

İslandiya komandalarından daha çox “Reykyavik” və “Valur” ona maraq göstərir. Lakin hələ heç bir klubla müqavilə bağlanılmayıb”.

Qeyd edək ki, dünya çempionatında Lionel Messinin penaltisini qaytarmaqla daha çox şöhrət qazanan Hanes Haldoursonun özü də əvvəl mətbuata açıqlamasında “Qarabağ”dan ayrılmaq istədiyini bildirib.

O, yanvarın 19-da Çexiyanın “Bohemians” komandası ilə görüşün 67-ci dəqiqəsində braziliyalı qapıçı Vaqner da Silvanı əvəzləyərək meydana çıxıb və qapısını toxunulmaz saxlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR