Slimfit
  1. İDMAN

"Messinin çağırılmaması texniki heyətin qərarıdır"

"Messinin çağırılmaması texniki heyətin qərarıdır"
Sakura

"Messinin çağırılmaması texniki heyətin qərarıdır"

Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia milliyə çağırılmayan Lionel Messi haqqında açıqlama verib. Goal.az xəbər verir ki, federasiya rəhbəri Messinin indi milliyə çağırılmasının vaxtı olmadığını deyib:

“Düşünmürəm ki, Messi millidən geri çəkilib. Onun çağırılmaması texniki heyətin qərarıdır. Onların bu fikrinə hörmət edirik. İndi Messinin milliyə çağırılmasının vaxtı deyil. DÇ-2018-də onun üzərinə çox məsuliyyət düşürdü. Uğursuzluğun səbəbini onda görə bilməzsiz. İndi bir az zamana ehtiyacı var. O, dünyanın ən yaxşı futbolçusudur”.

Argentina millisi DÇ-2018-də mübarizəni 1/8 final mərhələsində dayandırmışdı.

"Barselona"nın 31 yaşlı forvardı Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia və yeni baş məşqçi Lionel Skalonidən bir il milli komandaya çağırılmamasını istəmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR