Slimfit
  1. İDMAN

Messinin azərbaycanlı oxşarı

Messinin azərbaycanlı oxşarı
Sakura

Messinin azərbaycanlı oxşarı

Görənlər onu argentinalı futbol ulduzu Lionel Messiyə oxşadır. Lakin o, azərbaycanlı Röyal Ağamalıyevdir.

Xezerxeber.az-ın məlumatına görə, fiziki görkəmi etibarilə Messiyə oxşarlığı onu Azərbaycanda xeyli məşhurlaşdırıb. Hətta onu əsl Messi sanıb, onunla şəkil çəkdirənlər də olur.

Saç düzümü, saqqalı, üz cizgiləri, hətta boyu eynilə Messiyə bənzəyir. 30 yaşlı Röyal Ağamalıyev "Barselona" klubunun ulduzu Messiyə olan oxşarlığı ilə hər kəsin diqqətini çəkir.

Röyal peşəkar futbolçu olmasa da, futbola böyük marağı var. O deyir ki, topla çox məharətlə davranır. Elə ona görə də dostları ilə tez-tez futbol oynayır.

Azərbaycanlı Messinin ən böyük arzusu isə argentinalı oxşarı ilə görüşməkdir. Röyal sosial şəbəkə vasitəsilə Messi ilə əlaqə qurmağa da çalışıb.

Röyal özü futbolçu ola bilməsə də, gələcəkdə övladının peşəkar futbol ilə məşğul olmasını istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR