Dərc edildi: Baxış sayı: 604
Messini 2 illik ağır cəza gözləyir
Cənubi Amerikanın futbol konfederasiyası Argentina millisinin futbolçusu Lionel Messini cəzalandırmağa hazırlaşır.
Trend-in məlumatına görə, buna Messinin federasiyanı korrupsiyada ittiham etməsi səbəb ola bilər. Qeyd edilir ki, qurum 32 yaşlı hücumçunu bu açıqlamasına görə 2 il millinin oyunlarından kənarlaşdırmaq fikrindədir.
Bu cəza tətbiq olunarsa, Messi Amerika kuboku-2020-ni və DÇ-2022-nin seçmə mərhələsini buraxacaq.
Xatırladaq ki, Messi qırmızı vərəqə aldığı Çili ilə 3-cü yer uğrunda oyundan sonra federasiyanı korrupsiyada ittiham edib. O, yarışın təşkilatçılarını Braziliyanın turnir qalibi olmaq üçün çalışdıqlarını deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət