Slimfit
  1. İDMAN

Messi və atası çirkli pulların yuyulmasında günahlandırılır

Messi və atası çirkli pulların yuyulmasında günahlandırılır
Sakura

Messi və atası çirkli pulların yuyulmasında günahlandırılır

“Barselona”nın futbolçusu Lionel Messi ilə atası Xorxenin adı növbəti dəfə qalmaqalda hallanıb. “Qafqazinfo” xəbər verir ki, ailə bu dəfə “çirkli pulların yuyulmasında” günahlandırılır. 

Məlumata görə, argentinalı prokuror Pablo Turano 31 yaşlı futbolçuya məxsus “Leo Messi” xeyriyyə fondunun fəaliyyətinin yoxlanılmasını tələb edib.  Onun iddiasına görə, fonda daxil olan ianəələrdən əldə olunan vəsait dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürülüb.  

Ailənin qanunsuz fəaliyyətə 2012-14-cü illərdə İspaniya və Argentinada əl atdığı bildirilir. Turano ailəyə fondun sabiq əməkdaşının ifadəsi əsasında ittiham irəli sürüb. Adı açıqlanmayan həmin şəxsin bildirdiyinə görə, fonda daxil olan pulların hamısı heç də sosial layihələrin həyata keçirilməsi üçün istifadə olunmayıb. 

Qeyd edək ki, Lionel Messi ilə atası bir müddət əvvəl vergidən yayındıqları üçün məsuliyyətə cəlb edilmişdilər.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR