Slimfit
  1. İDMAN

Messi Ronaldunun “Yuventus”a keçməsinə təəccüblənib

Messi Ronaldunun “Yuventus”a keçməsinə təəccüblənib
Sakura

Messi Ronaldunun “Yuventus”a keçməsinə təəccüblənib

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi portuqaliyalı Kriştianu Ronaldunun İtaliyanın “Yuventus” komandasına keçidinə ilk dəfə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, argentinalı futbolçu təəccübləndiyini gizlətməyib: 

“Düzünü desəm, Kriştianunun “Real”ı tərk edəcəyini gözləmirdim. Madridlilər Ronaldunun gedişi ilə çox şey itirdilər. Mən bir çox klubun ona maraq göstərdiyini eşitmişdim, lakin “Yuventus” ən az ehtimal olunan variant kimi görünürdü. Həqiqətən, təəccübləndim, ancaq turinlilərin çox yaxşı komandası var.

Əlbəttə, “Real”da başqa yaxşı oyunçular da var və klub bütün titullar uğrunda mübarizəni davam etdirəcək. Ronaldusuz onlara çətin olacaq, “Yuventus” isə Çempionlar Liqasında aşkar favorit olacaq”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR