Dərc edildi: Baxış sayı: 719
Messi Ronaldinyonu həbsdən çıxarmaq üçün 4 milyon verdi
Paraqvayda saxta pasportla saxlanılan Ronaldinyo və qardaşı barəsində 6 aylıq həbs qətimkan tədbiri seçilib.
Modern.az xəbər verir ki, "Barselona"nın hücumçusu Lionel Messi sabiq komanda yoldaşına kömək etmək niyyətindədi. Argentinalı futbolçunun Ronaldinyonu həbsdən çıxarmaq üçün 4 milyon avro ödəməyə hazır olduğu bildirilir. Həmçinin Leo məsələ ilə bağlı vəkil tutub.
Ötən gün Ronaldinyonun həbsxanadan ilk fotosu yayılmışdı.
Messinin "Barselona"dakı ilk qolunun assistini məhz Ronaldinyo edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət