Dərc edildi: Baxış sayı: 380
Messi millidə olmayacaq
"Barselona"nın futbolçusu Lionel Messi növbəti dəfə Argentina millisinə çağırılmayıb.
Offsideplus.az xəbər verir ki, yığmanın müvəqqəti baş məşqçisi Lionel Skaloni onu oktyabrda keçiriləcək yoxlama görüşləri üçün yığmaya dəvət etməyib.
Qeyd edək ki, L.Messi bu ay keçirilən görüşlər üçün də milliyə çağırılmamışdı. Argentina mətbuatının iddiasına görə, Messi DÇ-2018-dən sonra milli karyerasına fasilə verdiyi üçün ona dəvət göndərilməməsini xahiş edib.
Xatırladaq ki, Argentina oktyabrın 11-i İraqla, 5 gün sonra isə Braziliya ilə yoxlama görüşü keçirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət