Slimfit
  1. İDMAN

Messi "Liverpul"la oyundan sonra ağlayıb

Messi "Liverpul"la oyundan sonra ağlayıb
Sakura

Messi "Liverpul"la oyundan sonra ağlayıb

"Barselona"nın kapitanı Lionel Messi Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"a 0:4 hesabı ilə uduzduqları cavab oyunundan sonra göz yaşlarını saxlaya bilməyib.

Qol.az-ın "The Guardian" nəşrinə istinadən yaydığı xəbərə görə, argentinalı superulduz final fitindən sonra paltardəyişmə otağında ağlayıb. Ardınca dopinq-testə aparılan futbolçu Liverpul aeroportunda da xoşagəlməz hadisə ilə üzləşib. Bir qrup "Barsa" azarkeşi darmadağına görə Messinin əleyhinə şüarlar səsləndirib.

Qeyd edək ki, İspaniyadakı ilk oyunda "Liverpul"a 3:0 hesabı ilə qalib gələn "Barselona" cavab matçında 0:4 uduzaraq, finala çıxa bilməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR