Dərc edildi: Baxış sayı: 434
Messi Kolumbiyaya məğlubiyyətdən danışdı
Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunun qrup mərhələsinin ilk oyunundakı məğlubiyyətə görə məyus olduğunu, lakin vəziyyətin dəyişəcəyinə inandığını bəyan edib.
“Sovetski sport” yazır ki, o, Argentina yığmasının Kolumbiya ilə matçdan nəticə çıxaracağını və öz oyununa köklənəcəyini bildirib.
“Ən yaxşı oyunumuzu nümayiş etdirdiyimiz zaman Kolumbiya yığması bizə qol vurdu. Bu isə bizə baha başa gəldi. Nəticə çıxarırıq, lakin öz oyunumuza köklənməkdə davam edəcəyik. Turnirə məğlubiyyətlə başlamaq çətindir. Ancaq Paraqvayı məğlub edə bilsək, əlverişli durum yaranacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu oyunda Kolumbiya Argentina yığmasını 2:0 hesabı ilə məğlub edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət