Slimfit
  1. İDMAN

Messi futboldan gedəcəyi tarixi açıqladı, Ronaldo haqda danışdı

Messi futboldan gedəcəyi tarixi açıqladı, Ronaldo haqda danışdı
Sakura

Messi futboldan gedəcəyi tarixi açıqladı, Ronaldo haqda danışdı

"Barselona"nın argentinalı ulduzu Leonel Messi karyerasını nə zaman sonlandıracağı barədə sualları cavablandırıb.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı ulduz "Barselona" ilə olan müqaviləsinin sonuna qədər futbolda qalacağını bildirib. 34 yaşında klubu ilə sözləşməsinə xitam verəcək futbolçu bundan sonrasını düşünəcəyini bildirib:

"Bu müqaviləm bitənə qədər futbol oynayacağam. Ardından klub rəhbərliyi ilə görüşüb, futbolda qalıb-qalmayacağım barədə danışarıq. Hələlik bu barədə düşünmürəm".

Leo futbolda əsas rəqibi olan Kristiano Ronaldonun "Yuventus"a gedişindən də danışıb:

"Ronaldonun gedişi "Real"ı zəiflətmir. "Yuventus" isə Çempionlar Liqasının ən böyük favoriti olub artıq".

Qeyd edək ki, "Barselona" futbol məktəbinin yetirməsi olan təcrübəli futbolçu 2004-cü ildən əsas komandada çıxış edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR