Slimfit
  1. İDMAN

Messi Fondu Uşaq Onkoloji Mərkəzin tikintisinə vəsait ayırıb

Messi Fondu Uşaq Onkoloji Mərkəzin tikintisinə vəsait ayırıb
Sakura

Messi Fondu Uşaq Onkoloji Mərkəzin tikintisinə vəsait ayırıb

İspaniyanın "Barselona" klubunun və Argentina millisinin baş məşqçisi Lionel Messinin xeyriyyə fondu ilə SNF fondu Kataloniya paytaxtında Uşaq Onkoloji Mərkəzinin tikintisinə 2,6 milyon avro ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəsait sayəsində inşaat işlərinin başlanması üçün 30 milyon avro toplamaq mümkün olub. 31 yaşlı forvard mərkəzin binasının təməlqoyma mərasiminə qatılıb.

Mərkəzin yeni korpusu 2020-ci ilin ikinci yarısında fəaliyyətə başlayacaq. Klinika indiki kimi ildə 215 nəfərə yox, 400 nəfərə xidmət göstərəcək. 

"Barselona"nın sabiq baş məşqçisi Tito Vilanova xərçəng xəstəliyindən vəfat edib. Komandanın keçmiş müdafiəçisi Erik Abidal isə bədxassəli şişin aşkarlandığı qara ciyərini transplantasiya etdirib. Hazırda o, klubda texniki katib postunu tutur. 

Qeyd edək ki, Lionel Messi "Barselona"da 2013-cü ildən çıxış edir. O, Kataloniya komandasının heyətində 9 dəfə İspaniya çempionluğu, 6 dəfə ölkə kuboku, 4 dəfə Çempionlar Liqası və 3 dəfə klublararası dünya çempionluğu qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR