Dərc edildi: Baxış sayı: 561
Məşq bazasında pivə içən idmançılar yığmadan kənarlaşdırılıblar
Cənubi Koreyanın kişilərdən ibarət həndbol yığmasının 8 üzvü komandadan kənarlaşdırılıb.
“Report” xəbər verir ki, buna səbəb həmin həndbolçuların Çinçxon Məşq Bazasında pivə içmələri olub. Onlar 2 ay müddətinə cəzalandırılıblar.
Oyunçuların davranışına görə məsuliyyəti öz üzərində götürən yığmanın baş məşqçisi Ço En-Şin isə istefa verib. Komanda oktyabrın 17-də Qətərdə start götürəcək Tokio-2020-ci il Yay Olimpiya Oyunları üçün təsnifat turnirinə köməkçi-məşqçi Kan İl-Kunun rəhbərliyi altında çıxacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət