Slimfit
  1. MARAQLI

Məşhurlar 2019 haqda: Qarabağa dönüş, böyük layihələr...

Məşhurlar 2019 haqda: Qarabağa dönüş, böyük layihələr...
Sakura

Məşhurlar 2019 haqda: Qarabağa dönüş, böyük layihələr...

2018-ci il hər sahədə olduğu kimi, sənətdə də maraqlı hadisələrlə yadda qaldı. Tanınmış sənətçilərimiz istər ölkədə, istərsə də xaricdə konsert proqramları ilə çıxış etdilər.

Kult.az ilin yekunları və növbəti ildə gözləntilərlə bağlı məşhur sənətçilər arasında keçirilən sorğunu təqdim edir:

Xalq artisti Alim Qasımov:

“2018-ci il yaddaşımda çox gözəl xatirələrlə qaldı. Gözəl konsertlər verdik, maraqlı səfərlərimiz oldu. Xalqımıza yeni ildə xoşbəxtlik arzulayıram. 2019-cu il də xeyirli gəlsin. İnşallah, yaxşı layihələr, konsertlər olacaq”.

Xalq artisti Mənsum İbrahimov:

“2018-ci il mənim üçün yaradıcılıq baxımından uğurlu oldu. Azərbaycanın bir çox bölgələrində - Gəncə, Qəbələ, Sumqayıt və Bakıda, oktyabr ayında İtaliyada - İtaliya prezidentinin sarayında, dekabrda isə Ankarada solo konsert verdim.

Cənab prezidentin və Mehriban xanımın iştirakı ilə Ağdamda yeni Muğam Mərkəzi açıldı. İlk bədii solo konsertimizi verdik. Hər baxımdan bizim üçün uğurlu il oldu.

2019-cu ildən təbii ki, daha böyük gözləntilərimiz var. Birinci növbədə, Qarabağımız üçün dönüş ili olacağına ümidliyəm, inanıram. Çox istəyirəm ki, orada tədbirlər keçirək”.

Xalq artisti Gülyaz Məmmədova:

“2018-ci il mənim üçün qarışıq bir il oldu. Yaradıcılıq baxımdan uğurlu keçsə də, itkilərimiz də oldu. Belə ki, atamızı itirdik. Yaxın qohumlarımız, sənət dostlarımız arasında da vəfat edənlər oldu. Buna baxmayaraq, özümüzü yenə də ruhdan salmırıq, həyat davam edir.

Əvvəldən heç nə demək olmur. İnşallah, 2019 hamımız üçün düşərli il olar”.

Əməkdar artist Şölə Səfərəliyeva:

“2018-ci il mənim üçün karyera baxımından çox uğurlu keçdi. Əməkdar artist adına layiq görüldüm. Ondan əvvəl isə səfirliklərin dəstəyi ilə bütün dünyada AXC-nin 100 illiyi haqda tədbirlər keçirildi. Azərbaycanı Pakistanda estrada ifaçısı kimi təmsil etdim.

2019-cu ildə təhsilimi bir pillə də yüksəltmək üçün addım atacağam. Çox istərdim ki, bu il magistraturaya musiqi üzrə istədiyim fakültəyə qəbul olum. Bundan əlavə, “Qaya” dövlət ansamblının solo konsertinə hazırlıq görürük. Ümid edirəm ki, 2019-cu il şəxsi həyatda da düşərli olacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR