Dərc edildi: Baxış sayı: 643
Məşhur türkiyəli aktyor vəfat etdi
Ağır şəkər xəstəliyindən əziyyət çəkən və 2013-cü ildə sağ ayağı amputasiya edilən türkiyəli məşhur aktyor Yalçın Menteş vəfat edib.
“Hürriyət” qəzetinin məlumatına əsasən, o, bir müddətdir müalicə aldığı Göztəpə xəstəxanasında dünyasını dəyişib.
Məlumatı aktyorun oğlu Atilla Menteş yayıb.
Yalçın Menteş “Tatlı Kaçıklar” filmində Saffet, “Yalançı Yarim”də Teoman, “Cənnət məhəlləsi”ndə Tahsim, “Yalançı romantik”də Batık Osman, “Akasya durağı”da Tuncay, “Doxsanlar”da Rasim obrazlarını canlandırıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət