Slimfit
  1. DÜNYA

Məşhur spirtsiz içkidən siçan çıxdı

Məşhur spirtsiz içkidən siçan çıxdı
Sakura

Məşhur spirtsiz içkidən siçan çıxdı

Türkiyə də daxil olmaqla, bir çox ölkədə satılan və dünyanın ən böyük qurumlarından biri olan ABŞ mərkəzli spirtsiz içki şirkəti ölü siçan şokunu yaşayır. 

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fransada yaşayan bir adam nahar zamanı içdiyi koladan son qurtum aldıqdan sonra qabın içində ölü siçan olduğunu fərq edib. 

1800-cü illərdə istehsala başlayan spirtsiz içki markasında ölü siçan şoku yaşanır. Hadisə 7 martda Fransanın cənubundakı Varenne-sur-Seine bölgəsində yaşanıb. 

Adının Damien olduğunu deyən 34 yaşındakı adam işdən çıxıb evə getdiyi zaman pizzanın yanında kola tərkibli içki də sifariş edib. Yeməyini bitirdikdən sonra kolasından son bir qurtum alan və qabı atmağa hazırlaşan adam onun içindəkini görüncə qorxub. 

Şəkil xüsusən də sosial mediada böyük bir mübahisəyə səbəb olub. Qabın içinə diqqətlə baxan adam orada kiçik bir pəncə görüb və daha da yaxından baxıb, bir siçan ölüsünün qabın içində olduğuna əmin olub.

Fransanın çox oxunan qəzetlərindən Le Parisien’ə açıqlama verən kişi aşağıdakıları bildirib: “Dərhal şirkətə zəng etdim və mənim dərdimi dinlədilər. Bir saat boyunca danışandan sonra mənə 6 qab kola göndərmək istədilər. Daha sonra da bildirdilər ki, siçan qabın içinə istehsal zamanı girə bilməzdi”. 

Şirkətdən içki qabını araşdırmaq istədiklərini də deyiblər. Amma Damien buna etiraz edib: “Bu qabı vermək istəmirəm. Çünki bu, yaşadıqlarımın tək sübutudur. Kola qabını soyuducuda saxlayıram”. 

Yaşadıqlarından sonra sağlamlıq vəziyyətindən narahatlıq keçirdiyini deyən adam xəstəxanada 21 gün boyunca nəzarət altında qalacaq. Həkimlər siçanın ağız suyundan yaranan narahatlıqların və infeksiyaların qarşısını almaq üçün müəyyən müdaxilələrə başladıqlarını açıqlayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR