Məşhur rus jurnalistin qatili Ukraynada döyüşür
Rusiyalı məşhur jurnalist, hüquq müdafiəçisi Anna Politkovskayanın qətlinin təşkilatçısı Sergey Hacıqurbanov vaxtından əvvəl azadlığa buraxılaraq, Ukraynadakı hərbi əməliyyatlara qatılıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Hacıqurbanov hələ 2022-ci ilin sonundan hərbi əməliyyatlara qatılıb.
Bildirilib ki, Hacıqurbanov xidmətinə kəşfiyyat bölməsinin komandiri kimi başlasa da, sonradan tabor komandiri vəzifəsinə kimi yüksəlib. 6 aydan sonra isə o, Müdafiə Nazirliyi ilə müqaviləsini uzadıb.
Qeyd edək ki, Sergey Hacıqurbanov Anna Politkovskayanın qətlinin təşkilində şübhəli bilinərək saxlanılsa da, iki il sonra məhkəmə onu günahsız elan etmişdi. Daha sonra Hacıqurbanov yenidən saxlanıldı və 2014-cü ildə məhkəmənin hökmü ilə 20 müddətinə azadlıqdan məhrum edildi.
Xatırladaq ki, Anna Politkovskaya 7 oktyabr 2006-ci ildə 48 yaşında evinin qarşısında qətlə yetirilib. O, Prezident Vladimir Putinin çeçenlərə yönəlik siyasətini, həmçinin, Çeçenistan rəhbəri Ramzan Kadırovun despot hərəkətlərini ciddi tənqid edən şəxslərdən idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət