Məşhur rəssam Fridanın ilk və yeganə səs yazısı tapıldı
“Ölkə.Az” xəbər verir ki, meksikalı rəssamın səs yazısı Meksikanın “Milli Səs Kitabxanası”nda tapılıb. Səs yazısı 1955-ci ildə yayımlanan “El Bachiler” radio verilişinin pilot versiyasından götürülüb, daha doğrusu belə ehtimal edilir.
Frida Kahlo 1954-cü ildə vəfat edib. Onun ölümündən bir il sonra yayımlanan verilişdə Kahlonun sevgilisi olan məşhur rəssam Dieqo Riveyradan danışılır. Səs yazısında Fridanın olduğu ehtimal edilən bir nəfər sənətçinin əri üçün yazdığı Deiqonun “Portret” adlı bir sınağından bir qismini oxuyur.
“Dieqo dostcanlı bir üzü və sakit baxışları olan iri bir uşaqdı. Tünd, qara, həddən artıq ağıllı və böyük gözləri yerində idi. Göz bəbəkləri bir qurbağanınkı kimi qabarıq və çıxıntılı göz qapağından az qala çölə fırlayırdı”, -səs yazısında belə deyilir.
Meksikanın mədəniyyət naziri məsələ ilə bağlı açıqlama verərək, səs yazısının Fridaya aid olub-olmadığını incələdiklərini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət