Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Məşhur qida mütəxəssisindən xəbərdarlıq: Bu əşya xərçəng yaradır

Məşhur qida mütəxəssisindən xəbərdarlıq: Bu əşya xərçəng yaradır
Sakura

Məşhur qida mütəxəssisindən xəbərdarlıq: Bu əşya xərçəng yaradır

Plastik kəsmə lövhələri sağlamlığımız üçün çox zərərlidir.

Publika.az xəbər verir ki, Amerikada aparılan araşdırmalar göstərib ki, ağacdan hazırlanan taxtalar təhlükəsizdir. Türkiyəli qida Mühəndisi Emir Kaboğlununs sözlərinə görə, plastik kəsmə löhvələri xərçəng yaradır: "Taxta kəsmə lövhələrinin səthi bakteriyaları taxtanın içinə doğru çəkir. Təkrar istifadədə isə bu bakteriyalar içəriyə həbs olur. Xüsusilə salmonella kimi ölümcül bakteriya növünə diqqət etmək lazımdır.

Plastik doğrama lövhələrdə isə belə deyil. Bakteriyaların çoxu səthdə yığılır. Xüsusilə bıçaq izlərindən dolayı aradakı boşluqlara yerləşən bakteriyalar yuyulsa da, yenə tam təmizlənmir. Odur ki, plastik doğrama lövhələrindən istifadəni tövsiyə etmirik.

Plastik qabların zərərlərini bilməyən yoxdur. Hətta yeməkləri mümkün olduqca şüşə qablarda almaq istəyirik. Ucuz plastik doğrama lövhələrində hər hansı məhsulu doğrayan zaman qopan hissələr birbaşa qidaya qarışır. Yəni kanserogen maddələri öz əllərimizlə ərzaqlara qatırıq. Odur ki, plastik taxtalardan uzaq durun".

Mütəxəssis sonda əlavə edib ki, ağacdan hazırlanmış kəsmə lövhələri isti su və şampunla yumaq lazımdır. İstifadə etdikdən sonra dərhal yuyun, qidanın üstündə qurumamasına diqqət edin.

Ət, toyuq xüsusilə soyuducudan yeni çıxmış ət məhsullarını kəsdikdən sonra lövhəni yumadan heç nə kəsməyin. Köhnəlmiş, kif basmış, deformasiya olmuş ağac lövhələri yenisiylə dəyişdirin.

Həftədə ən az 1 dəfə taxta lövhələrə az miqdarda su səpərək 5 dəqiqə mikro dalğalı sobada saxlayın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR